Zinkomastik TC
Məhsul təqdimatı
İki komponentli poliamid kürlənməli epoksid boyadır. Parlaq görünüşlüdür. Metal səthlərdə son qat kimi istifadə oluna bilər.
İstifadə olunacaq səthlər
C4 (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Xüsusilə istehsal müəssisələrinin, anbarların, körpülərin və binaların metal konstruksiyalarını boyamaq tövsiyə olunur. Boyanmış səth birbaşa günəş şüası təsirinə məruz qalmamalıdır.