Rapid Primer
Məhsul təqdimatı
Tək komponentli, antikorroziv xüsusiyyətə malik alkid boyadır. Zink fosfat tərkiblidir və sürətli quruma xassəsinə sahibdir. Metal səthlərdə astar kimi istifadə oluna bilər.
İstifadə olunacaq səthlər
C1, C2 və C3 (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Xüsusilə istehsal müəssisələrinin, anbarların, körpülərin və binaların metal konstruksiyalarını boyamaq tövsiyə olunur.