Coaltar Black
Məhsul təqdimatı
İki komponentli, antikorroziv xüsusiyyətə malik amin kürlənməli epoksid boyadır. Bitum tərkiblidir və sürətli quruma xassəsinə sahibdir. Metal səthlərdə astar və ya izolyasiya materialı kimi istifadə oluna bilər.
İstifadə olunacaq səthlər
C4, C5I və C5M (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Xüsusilə çənlərin, istehsal müəssisələrinin, anbarların, körpülərin və binaların metal konstruksiyalarını boyamaq tövsiyə olunur.