ZINKOMASTIK EZP
İki komponentli, antikorroziv xüsusiyyətlərə malik amin kürlənməli epoksid boyadır. Korroziya əleyhinə piqment olan zink-fosfat tərkibli boya sürətli quruma xüsusyyətinə və yüksək qatı maddə miqdarına sahibdir. Xüsusilə qatlar arasında qısa gözləmə müddəti tələb olunan səthlərdə istifadə olunur. Astar, araqat, sonqat və ya tək qat olaraq da istifadə oluna bilər. Mənfi temperaturlarda tətbiq oluna bilər.