Zinkomastik EZP

Məhsul təqdimatı

İki komponentli, antikorroziv xüsusiyyətlərə malik amin kürlənməli epoksid boyadır. Korroziya əleyhinə piqment olan zink-fosfat tərkibli boya sürətli quruma xüsusyyətinə və yüksək qatı maddə miqdarına sahibdir. Xüsusilə qatlar arasında qısa gözləmə müddəti tələb olunan səthlərdə istifadə olunur. Astar, araqat, sonqat və ya tək qat olaraq da istifadə oluna bilər. Mənfi temperaturlarda tətbiq oluna bilər.

İstifadə olunacaq səthlər

C5I və C5M (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Dəniz mühitində, emal zavodlarında, elektrik stansiyalarında, körpülərdə, binalarda və mədən avadanlıqlarında istifadəsi tövsiyyə olunur.