Zinkomastik UNL 90
Məhsul təqdimatı
İki komponentli, antikorroziv xüsusiyyətlərə malik poliamin kürlənməli epoksid boyadır. Yüksək qatı maddə miqdarına sahibdir. Xüsusilə optimal səth təmizliyi etmənin mümkün olmadığı ərazilər üçün dizayn olunub. Yüksək korroziyaya sahib mühitlərdə yüksək qoruma təmin edir. Astar, araqat, sonqat və ya tək qat olaraq da istifadə oluna bilər.
İstifadə olunacaq səthlər
C5I və C5M (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Xüsusilə korroziya artırıcı buxarlar olan istehsal müəssisələrinin, anbarların, nəm mühitə yaxın körpülərin, binaların metal konstruksiyalarını, sualtı metal konstruksiyaları və gəmiləri boyamaq tövsiyə olunur.