Zinkomastik UNL 80
Məhsul təqdimatı
İki komponentli, antikorroziv xüsusiyyətlərə malik poliamin kürlənməli epoksid boyadır. Yüksək qatı maddə miqdarına sahibdir. Xüsusilə optimal səth təmizliyi etmənin mümkün olmadığı ərazilər üçün dizayn olunub. Astar, araqat, sonqat və ya tək qat olaraq da istifadə oluna bilər.
İstifadə olunacaq səthlər
C4 (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Tək qatda yüksək qalınlıq əldə edilməsi vacib olan istehsal müəssisələrinin, anbarların, körpülərin və binaların metal konstruksiyalarını boyamaq tövsiyə olunur.