Knarr Knarroad

Məhsul təqdimatı

Məhsul xlorkauçukla modifikasiya edilmiş alkid qətranı əsaslı və xüsusi qatqılar əlavə edilmiş yüksək performansa və tez qurumaya malik olan yol cizgi boyasıdır. Səthə mükəmməl yapışır, aşınma müqavimətinə sahibdir, elastikdir, duzlu suya və kimyəvi maddələrə dayanıqlıdır. 

İstifadə olunacaq səthlər

Knarr Knaroad nəqliyyat hərəkətini nizamlayan işarələmə boyası kimi, şəhər içi və şəhər kənarı yollarda, avtoparklarda, qarajlarda, hava limanı yollarında, tennis kortlarında, alış-veriş mərkəzlərində, emalatxana və depolarda, sənaye obyektlərində, piyada keçidi və səkilərdəki bordurlarda istifadə edilir. Asfalt, beton, mozaik və s. səthlərdə istifadəyə uyğundur.