Zinkomastik HB MC
Məhsul təqdimatı
İki komponentli, antikorroziv xüsusiyyətə malik amin kürlənməli epoksid boyadır. Zink fosfat tərkiblidir və sürətli quruma xassəsinə sahibdir. Metal səthlərdə araqat kimi istifadə oluna bilər.
İstifadə olunacaq səthlər
C4 (ISO 12944-2) standartına uyğun korroziya dayanıqlılığı ehtiyac olan polad konstruksiya və metal səthlərdə istifadə oluna bilər. Xüsusilə istehsal müəssisələrinin, anbarların, körpülərin və binaların metal konstruksiyalarını boyamaq tövsiyə olunur.